İnsanlara hürriyət, millətlərə istiqlal!

Həsən Ruhani: "İran Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanmasını istəmir"

304 18.09.2019 16:19 Dünya A A

İran Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanmasını istəmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bəyan edib. İRİB televiziyasına müsahibə verən prezident Səudiyyə Ərəbistanına məxsus neft zavodunun partladılmasında İranın ittiham olunmasına münasibət bildirib. O deyib ki, ABŞ və müttəfiqləri yalan ittihamlarla İrana qarşı hərbi əməliyyatlar başlamaq istəyirlər. Lakin İran Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanmasını istəmir. Lakin İran milli maraqlarını mütləq qoruyacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının böyük neft zavodunun partladılması nəticəsində dünya birjalarında neftin qiyməti yüksəldi. ABŞ və Səudiyyə Ərəbistanı heç bir araşdırma aparmadan dərhal partlayışda İranı təqsirləndirdilər. Rəsmi Tehran bu ittihamları rədd etdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR