İnsanlara hürriyət, millətlərə istiqlal!

Hesablama Palatası İTV-dəki yoxlamaların nəticələrini gizlədir

782 28.01.2014 13:11 Gündəm A A
Bir neçə gündür mətbuatda İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçmiş baş direktoru İsmayıl Ömərovla bağlı məlumatlar yer alır. Məlumatlarda qeyd olunur ki, Hesablama Palatası İsmayıl Ömərovun təxminən 100 min manat məbləğində vəsaiti təyinatsız xərclədiyini müəyyənləşdirərək vəsaitin onun tərəfindən kanalın büdcəsinə qaytarılması ilə bağlı qərar çıxarıb. 

Bununla bağlı AzNews.az-ın əməkdaşı Hesablama Palatasından yoxlamalarla bağlı daha ətraflı məlumat öyrənməyə çalışıb. Palatanın mətbuat xidmətinin rəhbəri Nailə Qazıyevaya bildirib ki, həqiqətən də Hesablama Palatasının İctimai Televiziya və Radio Yayımları Şirkətində yoxlamalar aparıb: “Aparılan yoxlamaların nəticələrini İTV-nin özünə rəsmi olaraq göndərmişik. Bununla bağlı daha ətraflı məlumatı sizin İTV-dən öyrənməyiniz məqsədəuyğundur. Çünki onların nəticələr barədə ictimaiyyəti məlumatlandırması daha düzgündür”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR