İnsanlara hürriyət, millətlərə istiqlal!

Heroin qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb - FOTO

477 25.07.2022 18:33 Kriminal A A

Bakıda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. Zığ qəsəbəsində yaşayan Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Balahəsən Ağayev sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində protokol tərtib olunub. Balahəsə

n Ağayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR