"Mən də hərbi geyim geyinib, foto çəkdirdim. Bunu mən də etdim. Dövlət televiziyasında bir layihə idi, ora qatıldıq, "Zəfər marşı" oxuduq. Qürurla geyindim və dayandım. Biz də səhnədə əsgərik”.
Musavat.com xəbər verir ki, bu sözləri xalq artisti Gülyaz Məmmədova “5\5” verilişində qonaq olarkən deyib.
O, hərbi geyim geyinən, vətənpərvərlik mahnıları oxuyan sənətçilərin tənqid edilməsinə belə münasibət bildirib:
“Biz arxa cəbhədəyik. Səsimizlə, mahnılarımızla dəstəyik. Allah bizə o günü nəsib etsin ki, torpaqlarımız bizə qayıtsın, şəhid verməyək. Qürur hissi duyuruq ki, azərbaycanlıyıq, orudumuz var. Yaxşı mənada şəkil çəkdirdik. Yazdılar ki, qadınsınız, bu nədir geyinirsiniz, özünüzü reklam edirsiniz. Hərə bir söz yazır. Bizim məqsədimiz pis deyildi. Onsuz biz başqa geyimdə olanda da nəsə yazırlar. Harada olsaq, gözəl sözləri yox, qıcıqlandırıcı bir mövzunu tapır, reklam qazanırlar. Axı bu gözəl bir şey deyil. Onsuz hamımızın ürəyi Qarabağla döyünür. Niyə ruhdan düşməli, özümüzü sındırmalı, yas tutmalıyıq? Azərbaycanlıyıq, haqqımız çatır, torpaqlarımızı istəyirik. Özgə torpağını istəmirik ki".
Könül İbrahim,
Musavat.com






