İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi ekspertdən Ukraynaya xəbərdarlıq: "Rusiya xüsusi əməliyyatla..."

2598 25.01.2024 00:59 Dünya A A

Hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko İl-76 hərbi təyyarəsinin qəzaya uğramasını şərh edib.

Musavat.com xəbər verir ki, o bu barədə Telegram kanalında yazıb. Ekspert hesab edir ki, bu əməliyyat kortəbii olmayıb. Korotçenkonun fikrincə, əməliyyat Ukrayna Silahlı Qüvvələrinin komandanlığı tərəfindən hazırlanıb, Zelenski isə sanksiya verə bilərdi: "Ukrayna bu əməliyyatı sərəncamında olan zenit-raket sistemlərindən,məsələn, ABŞ "Patriot"u və s. istifadə etməklə həyata keçirə bilərdi. Hər şey indi hansı məlumatların toplanacağından və təhlil ediləcəyindən asılıdır. Lakin zenit-raket kompleksinin istifadəsi ən çox ehtimal olunan versiyalardan biridir. Xüsusilə əsirlərin mübadiləsi barədə məlumat olduğunu nəzərə alsaq, Kiyev bu cür əməliyyatı həyata keçirə bilərdi. Ukrayna tərəfi Rusiyanın İl-76 təyyarəsini məhv etməklə təkcə təyyarəni deyil, həm də orada hərbi əsir kimi olan öz hərbçilərini məhv etdiyini başa düşürdü. 

Əməliyyat Ukrayna Silahlı Qüvvələrinin komandanlığı tərəfindən hazırlanıb (yüksək ehtimalla, Ukraynanın baş kəşfiyyat idarəsi  də iştirak edib) və Zelenski hətta onun həyata keçirilməsi üçün sanksiyanı şifahi şəkildə verə bilərdi. Belə olan halda, Ukrayna qısamüddətli məqsədlərə nail olmaq üçün heç bir şəraiti nəzərə almayan terrorçu dövlət kimi reputasiyasını bir daha təsdiqlədi".

Ukraynanın bu terror aktının arxasında nə dayanır? İ.Korotçenko bu sualı belə şərh edib:

"Birincisi, bu (ən azı indiki mərhələdə) hər hansı sülh danışıqlarına başlamağı qeyri-mümkün edir. Zelenski nəzəri cəhətdən mövcud ola biləcək danışıqlar prosesi üçün körpüləri yandırır.

İkincisi, bu, təbii ki, münaqişənin gərginləşməsidir və mən hesab edirəm ki, Ukrayna agitpropu məsuliyyəti Rusiya tərəfinə atmaqla şərh edəcək.

Faciənin səbəblərini təhlil etmək lazımdır. Xarici təsir var idi - bu, 100 faizdir. İstər Ukraynanın hava hücumundan müdafiə sistemi, istərsə də digər hava və ya yerüstü silahlar olsun, biz əminliklə deyə bilərik ki, istintaq məlumatları ictimaiyyətə açıqlanacaq. Rusiyanın mövqeyi kəşfiyyat mənbələrindən alınan məlumatlara əsaslanmalıdır.

Bu, sadəcə olaraq, hazırkı Ukrayna rejiminin simasını bir daha göstərir.

Yalnız xüsusi hərbi əməliyyat barədə düşünmək olar. Şübhəsiz ki, hərbi cavab olacaq, amma necə, bu barədə danışmaq hələ tezdir".

İ.Korotçenko əlavə edib ki, bu vəziyyətdən asılı olmayaraq, məqsədlər eyni olaraq qalır-Ukrayna hərbi obyektləri və Ukrayna Silahlı Qüvvələrinin birləşmələri məhv ediləcək.

Hərbi infrastruktur tamamilə məhv edilməlidir. Qanuni hədəflər bütün nəqliyyat və logistika infrastrukturu, habelə cinayət əmri verən şəxslərdir. Beynəlxalq terrorçularla necə davranılırsa, onlarla da eyni rəftar edilməlidir, deyə ekspert bildirib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR