Hərbi mənbədən cümə axşamı Trend-ə bildiriblər ki, Ağcabədi rayonundakı N saylı hərbi hissədə xidmət edən müddətdən artıq hərbi xidmətdə olan baş çavuş Babaşov Hikmət Firudin oğlu hərbi hissəyə məxsus traktorla Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində torpaq yolu düzəldərkən minaya düşüb.
Baş vermiş partlayış zamanı baş çavuş sol ayağından yüngül xəsarət alıb və hospitala yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nazirliyin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.






