İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hərbçilərimiz terrorçunu yerindəcə məhv etməlidir” - deputat

395 16.11.2021 09:50 Gündəm A A

“Gələcəkdə hər bir erməni terrorçusuna aydın olmalıdır ki, bu cür məsələləri Azərbaycan ordusu, Azərbaycan əsgəri bağışlamır”

Şuşa yaxınlığında postumuza əl qumbarası ataraq, üç azərbaycanlı hərbçini yaralayan 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyan Ermənistana təhvil verilib. Bu barədə erməni mediası yazıb. Mirzoyanı qarşı tərəfə rusiyalı sülhməramlılar təhvil verib. Azərbaycan torpaqlarında hərbçilərimizə qarşı terror törədən şəxsin Azərbaycan qanunları ilə mühakimə edilmək əvəzinə Ermənistana təhvil verilməsi, həm də bunun sülhməramlıların əli ilə edilməsi ictimaiyyətin ciddi təpkisinə səbəb olub.

Hazırda hər kəsi düşündürən odur ki, onu Azərbaycan qanunları ilə cəzalandırmaq mümkün olacaqmı? Beynəlxalq qanunlarda bu əməli hansı cəza gözləyir? Azərbaycanın rəsmi qurumları, QHT-lər erməni terrorçunu beynəlxalq axtarışa verəcəklərmi? Onun beynəlxalq səviyyədə cəzalandırılmasına nail olacaqlarmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, Şuşa ətrafında bizim postumuza əl qumbarası  atan Norayr Mirzoyanın Rusiya sülhməramlıları tərəfindən saxlanılaraq Xankəndinə aparılması və orada separatçı rejimin terrorçularının rəhbərliyinə təhvil verilməsi və sonra da Ermənistana ötürülməsi hüquqi müstəvidə sülhməramlıların qanunu kobud şəkildə pozması deməkdir: “Birincisi, mən elə hesab edirəm ki, Rusiya sülhməramlıları terrorçunu yerindəcə məhv etməli idilər. Çünki dünya təcrübəsində silahlı müqavimət göstərən, xüsusilə daha çox insanın həyatı üçün təhlükəli ola biləcək silahlardan istifadə edərək cinayət törədən  terrorçular, təxribatçılar dərhal yerindəcə məhv edilir. Əl qumbarası da daha çox insanın həyatı üçün təhlükə törədən bir sursatdır. Amma Rusiya sülhməramlıları özlərini çox sakit aparırdılar. Belə hesab etmək olar ki, bəlkə də bu, razılaşdırılıb. Onlar sülhməramlıların həyatına təhlükə olmayacağına əmin olduqlarına görə bu terrorçuya qarşı belə loyal davranış həyata keçirdilər. Bax, bu şübhəlidir və hesab edirəm ki, Mirzoyan saxlanıldığı andan danışıqlar nəticəsində Azərbaycan tərəfinə təhvil verilməli idi.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?! -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Çingiz Qənizadə 

Digər terrorçulara bu dərs olmalıydı ki, gələcəkdə bu cür hadisələrə görə onları Azərbaycan tərəfinə təhvil verəcəklər. Biz bunu görmədik və bizim Rusiya sülhməramlıları ilə bağlı narazılıqlarımızın sayı günbəgün artmaqda davam edir. Digər tərəfdən, bu məsələnin hüquqi prosedur qaydası da belədir ki, cinayət hadisəsi Azərbaycan ərazisində törədilib və qanunlara görə də cinayətin baş verdiyi ərazidə və ölkədə bu cinayətinin istintaqı aparılmalıdır. O baxımdan belə hesab edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu artıq fakta görə cinayət işi başlayıb və Mirzoyanın hərəkətlərinin videogörüntüləri bizə kifayət qədər əsas verir ki, ona qarşı ittiham irəli sürülsün. Əlimizdə faktlar və dəlillər var, foto və videomateriallar əsas verir ki, cinayət işi başlanılsın və barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarışa verilsin. Necə ki, Araik Arutyunyan və digərləri barəsində də müəyyən prosedurlara uyğun olaraq axtarışlar verilib, barələrində hökmlər çıxarılıb, Mirzoyanla bağlı da bu hüquqi addım atılsın. Hesab edirəm ki, u axtarışlardan sonra əgər onun Ermənistandan çıxma ehtimalı olmayacaqsa, tutulma ehtimalı olmayacaqsa, Azərbaycan məhkəmələri qiyabi şəkildə Mirzoyanın barəsində toplanmış materiallara məhkəmə qaydasında baxaraq hökm çıxarmalıdır. Hazırda tam əminliklə deyə bilərəm ki, baş verən hadisə ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları artıq cinayət qanunvericiliyinə uyğun olaraq prosedur qaydada istintaqa başlayıblar”.

Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə  verilməlidir" - Fazil Mustafa » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

 Fazil Mustafa 

Deputat Fazil Mustafa da bildirdi ki, birinci növbədə Azərbaycanda hərbi prokurorluq bu məsələ ilə bağlı  cinayət işi qaldırmalıdır: “Hərbiçilərimizə qarşı baş verən bir hadisə olduğuna görə hərbi prokurorluq bunu etməlidir. Eyni zamanda Ermənistana terrorçunun təhvil verilməsi ilə bağlı müraciət edilməlidir. Ermənistan bu terrorçusunu təhvil verməkdən imtina etdikdə, həmin şəxs beynəlxalq axtarışa verilməlidir və Azərbaycanda məhkəmə keçirilməlidir. Həmin şəxslə bağlı qiyabi cəza kəsilməlidir və bu tələb qüvvədə qalmalıdır. Əslində bu tələb bizə həm də  ona görə vacibdir ki, Ermənistan Azərbaycanda olan terrorçularını hərbi əsir adı ilə almaq istəyir. Dəfələrlə beynəlxalq təşkilatlar da bu istiqamətdə müraciət ediblər. Azərbaycanın əlində əsas olmalıdır ki, belə bir terrorçunu Ermənistan öz ərazisində gizlədir və bu məsələ üzərində ciddi durmaq lazımdır. Bu həm də siyasi bir məsələdir və bunu hüquqi vasitələrlə gücləndirmək lazımdır. Təcili, vaxt itirmədən iş aparılmalıdır. Həmin şəxsin İrəvanda olması əslində bizim üçün bir şans verir ki, bu işi bir az genişləndirək. Hər bir halda düşünürəm ki, gələcəkdə bu cür terror hadisələri baş verəndə artıq Azərbaycan Silahlı Qüvvələri daha hazırlıqlı olub, yerindəcə məhv etməlidirlər. Kimliyindən asılı olmayaraq məhv edilməlidir. Rus sülhməramlısının orada durmasının da aidiyyəti yoxdur, orada onu məhv eləmək lazım idi. Orada, hətta rus sülhməramlılarının yanında belə onu yerində məhv etmək vacib idi. Gələcəkdə hər bir erməni terrorçusuna aydın olmalıdır ki, bu cür məsələləri Azərbaycan Ordusu, Azərbaycan əsgəri bağışlamır”.

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR