Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq təlimlərdə iştirak edəcək.
Musavat.com xəbər verir ki, hərbi ekspert Ruslan İmamquliyev ARB kanalına müsahibəsində bu barədə danışıb.
Hərbi ekspert Ruslan İmamquliyev bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.
Ekspert qeyd edib ki, 2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.






