Bu günlərdə hərbiçi ilə toy etmədən nikaha girən Əməkdar artisti Nigar Şabanova maraqlı açıqlamaları ilə diqqət çəkib.
“7 canlı” verilişində qonaq olan Əməkdar artisti aparıcının “toy, gəlinlik, gəlin maşını hazırlıqları varmı?” sualına bu cür cavab verib:
“İnanın hələ ki, bu haqda heç nə fikirləməmişəm. Bildiyiniz kimi anam xəstə idi, hətta son bir həftədir ki, yeriməyə başlayıb. Ona görə də başımız qarışıq idi. Ağılımızda nə toy, nə gəlinlik, nə də gəlin maşını haqda heç bir fikir yoxdur”.
Nigar Şabanova artıq həyat yoldaşı ilə birlikdə yaşadığını da açıqlayıb:
“Bəli, birlikdə yaşayırıq. Toysuz gedən xanımlarımız var ki, çox xoşbəxtdirlər. Məsələ toyda, gəlinə gələn qızıl- brilyantda, hansısa bahalı gəlinlikdə deyil. Əsas insanın daxili aləmidir”.
Xalidə,
Musavat.com






