Azərbaycan Qarabağ üçün Vətən müharibəsi aparır. Xalq bir nəfər kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib.
Qarabağ erməni işğalçılarına məzar olmaqda davam edir. 2300 canlı qüvvə itkisi ilə Ermənistan sındırılıb.
Azərbaycan həm cəbhədə, həm diplomatiya sahəsində, həm də informasiya məkanında savaşda üstünlük qazanıb.
TV Musavat-ın hər yayını da düşmənə qarşı savaşdır.
Canlı yayını hazırkı ekstremal vəziyyətdə Cəbhə xəbərlərinə həsr etmişik. Qızğın döyüşlərin getdiyi cəbhə xəttində olan əməkdaşlarımız canlı bağlantı ilə bizə qoşulacaqlar.
![]()
Studiyada isə aparıcımız Sevinc Telmanqızı və “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Daha sonra efirə hərbi ekspert Emin Həsənli qoşulub.
Yaxın oturun, bizi - Cəbhəni dinləyin!
Musavat.com






