İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hər şey sübut olundu" - Aysel 4 il sonra bitən məhkəmədən yazdı

1027 16.12.2023 15:35 Şou-biznes A A

Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətıqızı ilə illərdir aralarında davam edən məhkəmənin bitdiyini bildirib.

O bu barədə sosial şəbəkə hesabında qeyd edib.

Ayselin sözlərinə görə, hər şey sübut olunub və məhkəmə onun lehinə qərar verib:

"İlahi ədalət adlanan bir tərəzi var. Əsla səhv etməz. Hər zaman yaradanımıza güvəndim, ona sığındım. Susdumsa, var olan Allaha və dövlətimin qanunlarına güvənib, inanaraq susdum. Əlacsız və ya günahkar olduğum üçün susmadım, lakin susqunluğumla qınandım. Qanun danışsın deyə, susdum.

Şükr olsun Allahıma, məni heç zaman tək qoymadı. Onun ədaləti qarşısında baş əyirəm. Hər şey sübut olundu. Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizlərə halal olsun sadəcə".

Xatırladaq ki, hər iki məşhur arasında gərginlik 2019-cu ildə başlayıb.

“Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib.
Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

Bu ilin iyulun 25-də Bakı Apellyasiya Məhkəməsi Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 000 AZN təzminat ödəməsi barədə qərar qəbul edib./BAKU.WS

1702714711_vchkjchn.jpg (50 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR