Hər səhv subyektivdir.
Obyektivliyinə inandığımız doğrular da səhv çıxa bilər.
Hər səhv, bir təcrübədir.
Həyatda təcrübə dediyimiz şey, səhvlərlə qazanılır.
Hər səhv, bir doğrunu tapmaq cəhdidir.
İnsan səhv etdikcə, özünə daha doğru olanı daha yaxşı dərk edir.
Hər səhv, bir arayışdır.
Arayışda olan insan, özünə ən uyğununu tapmaq üçün səhv etməkdən qorxmamalıdır.
Hər səhv, bir fikirdir.
Fikirlərimizin formalaşmasında böyüdüyümüz mühitin böyük təsiri var, biz növbəti addımlarımızı da adətən bu fikirlərin təsiri ilə atırıq.
Hər səhv, bir dərsdir.
İnsan inkişaf etmək istəyirsə səhv(lər) etməyə məhkumdur, lakin eyni səhvləri dəfələrlə təkrarlamaq ya məsuliyyətsizlikdir, ya da axmaqlıqdır.
Hər səhv, özünü dərkdir.
Səhvin ortaya çıxması, anlaşılması insanın aynada özünə baxması kimidir. Qüsurlarımızın, əskiklərimizin daha çox fərqinə varırıq.
Hər səhv, bir nəticədir.
Atılan hər addımın , edilən hər hərəkətin bir nəticəsi var. Bu bir riyazi düstur kimidir, toplananların yeri dəyişəndə cəm dəyişmir. İki vur iki dörd edir.
Həyatda da atacağımız addımların nəticəsi ya əvvəldən bilinir, ya da təxmin olunur.
Hər səhvdən bir nəticə çıxarmağı isə, bacarmaq lazımdır.






