İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər il İranın Əfqanıstan ilə sərhədində 100 tondan çox narkotik vasitə müsadirə edilir

262 11.06.2020 17:47 Dünya A A

İranın Əfqanıstan və Pakistan ilə sərhədində hər il 100 tondan çox narkotik vasitə müsadirə edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə İdarəsinin rəhbəri Əmir Abbas Lətifi deyib. O bildirib ki, Avropa dövlətləri sanksiyaları bəhanə edərək İranın narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizəsini maliyyələşdirməyi dayandırıblar. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək narkotikləri Avropa ölkələrinə daşıyırlar. İran bunun qarşısını almağa çalışdığı bir zaman Avropa maliyyə vəsaiti ayırmaqdan imtina edir.

Avropanın bu addımını ikili standartlar siyasəti adlandıran Ə.A.Lətifi nəzərə çatdırıb ki, bu hərəkət İranı narkotik vasitələrinin qaçaqmalçılığı ilə mübarizədən çəkindirməyəcək. Onun sözlərinə görə, təkcə ötən il İranın hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar nəticəsində 950 tondan çox narkotik vasitə tutulub. Araşdırmalar zamanı məlum olub ki, qaçaqmalçılar “yükü” Avropaya daşımağa çalışıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR