İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər gün özünü zəhərləyir - 19 yaşlı qızın ağlasığmaz asılılığı görənləri heyrətləndirir - FOTOLAR

1237 18.09.2021 19:25 Maraqlı A A

İnsanlarda hər cür vəsvəsə və asılılıq var. Bunlar mütəxəssislərlə məsləhətləşmə tələb edən müxtəlif psixoloji pozğunluqlar və travmatik vəziyyətlər kimi faktorlar ola bilər. Ancaq bəzi asılılıqlar həqiqətən də, qavrama sərhədlərini zorlayır.

Onlardan biri də 19 yaşlı Nikolun etdikləridir.

Gənc qız gün ərzində bir neçə dezodorant, antiperspirant yeyir ...

Nikol ilk dəfə bir dezodorant dadmaq istəyini 4 yaşında hiss edib. İki il sonra bu istək idarəolunmaz bir nöqtəyə çatıb. Ömrünün son 2 ilində daim dezodorant istehlak edən Nikol, bu maddəni yemədən yaşaya bilmir.

dez 1.jpg (40 KB)

Nikol durumu bu cür izah edir: "Həyatımı dezodorant yeməklə keçirirəm. Səhər dezodorant yemək istəyirəm. Hər yeməkdən sonra da bunu ürəyim istəyir. Stress hiss etdiyim zaman, gecə yarısı yuxudan oyanıram və dezodorant yeyirəm".
Nikola görə, dezodorantın çox özünəməxsus bir dadı var.

Nikol ayda 15 qutudan çox dezodorant istehlak edir.

dez 2.jpg (35 KB)

O, markaları da xüsusi olaraq seçir. Dadından zövq aldığı markalar var. Dezodorant bitərsə panikaya düşür, narahatlığı artır və ürəyi çox sürətlə döyünməyə başlayır.

Ona görə də əlində həmişə bir qutu dezodorant olur.

Daha əvvəl iki dəfə bu vərdişdən qurtulmaq istəsə də hər ikisi xəyal qırıqlığı ilə bitib.

dez 3.jpg (45 KB)

Həddindən artıq dezodorant yeyərkən mədə ağrısı və qusma kimi problemləri olan və hətta yaddaş itkisindən şikayətlənən Nikol, sevgilisinin məsləhəti ilə həkimə müraciət edib.

Dezodorantdakı alüminiumun insan orqanizminə ciddi yan təsirləri olduğunu söyləyən həkim, Nikolun gündən -günə özünü zəhərlədiyini söyləyib.

Həkim özəlliklə bu halın onun beyninə ciddi ziyan vuracağına və gələcəkdə altsheymer xəstəliyini inkişaf etdirə biləcəyinə diqqət çəkib.

dez 4.jpg (127 KB)

Vəziyyətin ciddiliyini anlayan Nikol dezodorant asılılığı ilə mübarizəyə başlayıb. Çünki belə ciddi xəstəliklərlə mübarizə aparmaq üçün çox gənc olduğunu düşünür. Hazırda müalicə alan Nikol dezodorant yemək istədikdə badam kimi çərəzlər yeyir və ətrafının dəstəyi ilə bu vərdişi aşa biləcəyinə inanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR