Tural Abbaslı Bakı Şəhər Baş Polis İdarəsinin sabahkı aksiya ilə bağlı xəbərdarlığına da toxunub: “Yeni qanun yanvar ayının 1-də qüvvəyə minir. Biz dəfələrlə demişik, indi də deyirik ki həmin qanun ona görə tez-tələsik qəbul olundu ki, aksiyaların kütləviliyinin qarşısı alınsın. Polis də hər aksiya öncəsi bundan təbliğat kimi istifadə etməyə çalışır”.
Qeyd edək ki, bu günlərdə prezident ”Sərbəst toplaşmaq haqqında” qanuna edilən son dəyişiklikləri bir neçə gün əvvəl imzalayıb. Həmin qanuna əsasən razılaşdırılmamış etiraz aksiyasına çıxanlara qarşı cərimənin 500 manatdan 1000 manatadək artırılması nəzərdə tutulub. Yeni sənəddə hökumətin razılığı olmadan keçirilən aksiyanın təşkilatçıları üçün 1500 manatdan 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə, 3000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaq.
Təşkilatçı hüquqi şəxsdirsə 15000 manatdan 30000 manatadək cərimə tətbiq ediləcək.
Fərahim İLQAROĞLU






