HƏNANIN ORQANİZMƏ MİN FAYDASI VARMIŞ, ANCAQ...
Alimlərə görə, müasir tibb elmi hənanın faydasından geniş şəkildə yararlanmayıb. Eksperimental tədqiqatlar göstərir ki, bu bitkinin sarı-qırmızı piqmenti çox güclü bakterisid təsirə malikdir. Hənadan hazırlanmış maz və pasta ekzemada çox effektli təsir göstərir.
Vaxtilə Şərq təbabətində hənadan geniş şəkildə istifadə olunub. İbn Sina yazır ki, həna təmiz şəkildə və ya mum məlhəmi kimi sümük sınığının üstünə qoyulur. Həna sirkə ilə baş ağrısında alına qoyulur. Hindistan və Seylon xalq şəfavericiləri bağırsaqlarda qurd olduqda həna həlimi içməyi məsləhət görürlər. Həna kökünün şirəsi və həlimi gərgin əsəbilikdə istifadə edilir. Ovxalanmış həna yarpaqlarından hazırlanan məlhəm saçların uzanmasında kömək edir. Hətta Məhəmməd Peyğəmbərin (s) də hənadan həm müalicəvi, həm də kosmetik vasitə kimi istifadə etdiyi qeyd olunur. Belə ki, peyğəmbər həyatı boyu yaraları həna məlhəmi vasitəsilə sağaldıb və insanlara da bu vasitədən istifadəni tövsiyə edib. Saç-saqqal boyasında məqbul hesab edib.
Şərqi Afrikada həna yarpaqlarını cüzam xəstəliyinə qarşı vasitə kimi istifadə edir, toxumlarını isə stimullaşdırıcı narkotik kimi yeyirlər. Kambocada həna kökünün həlmi sidikqovucu vasitə kimi həmçinin süzənək və bronxit qarşı istifadə olunur. Həna həlmindən sarılıqda, böyrəkdə və sidik kisəsində daş olarkən, sidik çətin gəldikdə istifadə etmək də münasibdir. Həna həmçinin hamilə qadınlarda uşaq salmaq qabiliyyətinə malikdir. Mütəmadi 9 q quru həna qəbul edilərsə, koliti müalicə eləmək olar. Həddindən artıq qəbulu boğaza və ağ ciyərə ziyandır, hətta ölümlə nəticələnə bilər.
Bundan əlavə, cövhəri və həlimi yanıqlarda və dəri qızardıqda xeyirlidir. Uşaqların ağzında yaralar olduqda ağızı həna həlimi ilə yaxalamaq lazımdır. Həna məlhəmi şiddətli irinli şişləri özünə çəkir. Yağ ilə qarışdırılarsa qaşınmanın qabağını alır. Gənəgərçək yarpaqlarının şirəsi ilə hazırlanmış həna məlhəmi isə dəridə sağalmayan çatlara və revmatizmə qarşı faydalıdır.
Azərbaycan xalq təbabətində həna diş ağrılarında ağrını götürən bir vasitə kimi işlədilir- onu suda qarışdıraraq ağrıyan dişə qoyurlar. Hənanı zəy, yumurta sarısı, şahtərə otunun cövhəri ilə müxtəlif dəri xəstəliklərində istifadə edirlər. Təpitməsi güclü soyuqdəymədə, sümük ağrılarında faydalıdır. Dırnaqların parıltısını artırmaq üçün də həna yaxması tövsiyə edilir. Sirkə ilə qarışıq yaxması isə dırnaq infeksiyalarının qarşısını ala bilər. Yarpaqlarının məlhəmi göz ağrılarını da götürür. Baş ağrılarında və saçların möhkəmlənməsində bu bitki yarpaqlarının döyməsi əvəzsiz vasitədir. Yəqin ki, çoxlarımız nənələrimizin dilindən eşidib, “xınamın vaxtı keçib, başım ağrıyır”. Həna tək saçın dibin möhkəmləndirmir, həm də saça parlaqlıq, həcm verir və görünüşünü gözəlləşdirir.
Kimyəvi rənglərdən fərqli olaraq, hənanın saçın təbii rəngini dəyişmək xüsusiyyəti yoxdur. Lakin hazırda müxtəlif rəngli hənalar emal edilir ki, bu da kimyəvi tərkibli saç boyaları ilə müqayisədə istifadəyə daha məqsədəuyğundur. Xatırladaq ki, bu yaxınlarda Amerikada saçına boya çəkən qadın bir saat sonra dünyasını dəyişmişdi. Aparılan tədqiqatlatrdan məlum olub ki, boyanın tərkibində olan bir kimyəvi ekstrakt qadına öldürücü təsir göstərib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, xalq təbabətində istifadə edilən vasitələr zamanı ehtiyatlı olmaq lazımdır. Hənanın şiş xəstəliklərinin qarşısının alınmasında istifadə edilməsi məqbul edilsə də, bu vasitənin tətbiqi zamanı hər orqanizmin fərdi reaksiyası olduğundan, məsələ mütləq mütəxəssis məsləhəti ilə və resept üzrə aparılmalıdır: “Təbiətdə xeyli sayda maddələr var ki, şiş əleyhinə təsiri var. Artıq onların bəzilərindən kimyəvi terapiyada istifadə olunur. Həna isə tarixən saçların boyanmasında, saç dibinin möhkəmlənməsində istifadə olunub və zaman-zaman faydalı cəhətləri sübuta yetirilib, orqanizmə ciddi fəsad törətməyib. Lakin istənilən maddənin tərkibində konsaragen effektli maddələr ola bilər. Ona görə də istənilən məhsuldan istifadə qaydaları əsas rol oynayır. Taturiovkalarda istər həna, istərsə də kimyəvi vasitələr olsun, konserogen təsirə malikdir. Adətən konsaragen effektli o maddələr olur ki, onlar selikli qişalarla uzun müddət təmasda olurlar. Lakin bir məsələ də var ki, orqanizmin xərçəng əleyhinə müdafiə sistemi mövcuddur”.
Təbabətdə zaman-zaman müəyyən yeniliklər olduğunu bildirən Adil Qeybulla onu da qeyd etdi ki, təbii məhsullar sırasında zəfəranın şiş əleyhinə vasitə olduğu sübuta yetirilib: “Qidada çox az olan selen daha çox zəfəranın tərkibində öyrənilib və mütəmadi müalicəsi orqanizmə çox faydalıdır. Lakin istənilən halda hər bir qidanın müsbət tərəfi də olur, mənfi tərəfi də”. Odur ki, professor təbii vasitələrdən də istifadə zamanı mütəxəssis təyinatını vacib sayır.