İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmyerlilərimiz Barselonada ermənilərə Qondarma Artsax respublikasının bayrağını qaldırmağa imkan vermədi - FOTO

1437 31.03.2019 20:57 Gündəm A A

Həmyerlilərimizin Barselonada keçirdiyi etiraz nümayişi zamanı ermənilər müəyyən təxribata əl atıblar. Onlar soydaşlarımızın etirazına cavab olaraq qondarma Artsax respublikasının bayrağını qaldırmağa cəhd etsələr də buna icazə verilməyib.

Həmyerlilərimiz dərhal polisə belə bir dövlətin mövcud olmadlğını bəyan edərək, ermənilərin bu arzusunu da gözündə qoyub.

Bununla bağlı musavat.com-a məlumat verən Müsavat Partiyasının üzvü, Milli Azadlıq Hərəkatının fəallarından biri, siyasi mühacir Saleh Aqşin bildirdi ki, ermənilərə səslərini çıxarmağa belə icazə verilmədi: “Bizim dinc nümayişimizi dayandırmaq cəhdlərinin boşa getdiyini görən ermənilər daha bir addıma əl atdılar. Onlar qondarma Artsax respublikasının bayrağını qaldırmağa cəhd göstərdilər. Biz dərhal buna etiraz etdik. Polisə də məlumat verdik ki, belə bir respublika yoxdur, bu qondarma bir addır. Qarabağ Azərbaycanın torpağıdır. Ermənilər bayrağı açmağa macal tapmadılar, dərhal polisin təzyiqi ilə bayraq və plakatları yığışdırdılar. Onlar nəinki etiraz etmək, səslərini belə çıxara bilmədilər. Biz 50 nəfər idik, çoxluq təşkil edirdik”.

S.Aqşinin sözlərinə görə, İspaniyadakı Azərbaycan konsulu da onlara böyük dəstək verib: “İspaniyadakı Azərbaycan konsulu da şəxsən gəlmişdi, rəsmi olaraq iştirak etməsə də, bir azərbaycanlı kimi bizim yanımızda idi. Onlar da bizə dəstək verdilər, arxamızda böük bir dəstək hiss etdik və tədbirimizi uğurla keçirdik. Azərbaycanın xaricdəki konsulluqlarında çalışan şəxslərin hamısı azərbaycanlılara belə dəstək versələr, biz burada daha böyük işlər görə bilərik”.

Qeyd edək ki, hazırda xaricdə yaşayan soydaşlarımızın İspaniyada ermənilərin 31 mart azərbaycanlıların soyqırım günündə konsert keçirməsinə qarşı mitinqi davam edir. Bu saatlarda Barselonada ermənilərə qarşı mitinq keçirilir və 50-ə yaxın soydaşımız dinc şəkildə etirazını bildirir.

Nərgiz LİFTİYEVA
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR