İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmvətənlərimiz Səmərqənddə Zəfər gününü qeyd etdilər

652 08.11.2023 07:53 Son xəbər A A

Qardaş Özbəkistanın qədim şəhəri Səmərqənddə beynəlxalq mədəniyyət konqresində iştirak edən həmvətənlərimiz 8 noyabr- Zəfər gününü qeyd ediblər.

Musavat.com xəbər verir ki, onlar qatıldıqları təntənəli ziyafətdən sonra bir araya gələrək ölkəmizin tarixində önəmli yer tutan, qürur və şərəf səhifəmiz olan qələbə günü münasibətilə həmrəylik nümayiş etdirib, Zəfər bayramının hər bir azərbaycanlıdan ötrü əziz olduğunu bildiriblər.

Qısa toplantını BDU-nun professoru, türk dünyasını ölkə-ölkə, şəhər-şəhər gəzmiş, çoxsaylı əsərlər yazmış Vaqif Sultanlı və “Yeni Müsavat” media qrupunun əməkdaşı Xalid Kazımlı təşkil ediblər. Əlyazmalar İnstitununun əməkdaşı Əzizağa Nəcəfov bu tarizi zəfərin qazanılmasında əməyi olan hər kəsə minnətdarlıq ifadə edib, onların xalqımız qarşısında əvəzsiz xidmətləri olduğunu, 8 Noyabrın bütün azərbaycanlıların həmrəylik gününə çevrildiyini bildirib.

Görüşdə AMEA-nın əməkdaşları və digər jurnalistlər də iştirak ediblər. Ayrıca vaxtilə, 7 yaşı olarkən Azərbaycanda yaşamış, o vaxtdan bəri qəlbində Azərbaycan sevgisi daşıyan özbək xanım Sevinc Yusubova və qızı da həmvətənlərimizə qoşulub. O, Azərbaycanı çox sevdiyini, adının Azərbaycanda qoyulduğunu, hər zaman bu ölkənin kədərinə üzüldüyünü, sevincinə şərik olduğunu deyib.

3c4aedfc-2242-4d51-a691-cd34df2f1c82.jpg (225 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR