İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmvətənlərimiz Londonda Ermənistana etiraz aksiyası keçirdi - ermənilər sakitcə tamaşa etdilər -VİDEO

1185 17.07.2020 14:35 Son xəbər A A

Böyük Britaniyada yaşayan azərbaycanlılar Ermənistan-Azərbaycan sərəhdinin Tovuz nahiyəsində hərbi eskalasiyanın şiddətlənməsi, erməni hərbi birləşmələrin hərbçilərimizə və mülki əhalimizə qarşı təxribat törətməsi ilə bağlı Londonda, Ermənistanın səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. 

Musavat.com-un verdiyi xəbərə görə, nümayişdə 200-ə yaxın həmvətənimiz iştirak edib. Onlar Azərbaycan bayraqlarıı və şəhidlərimizinşəkillərini qaldıraraq şüarlar səsləndirib, Ermənistanın hərbi aqressiyaya son qoymasını tələb ediblər. 

Ermənistan səfirliyinin qarşısında azsaylı erməni qrupu da görünüb. Ancaq onlar az olduqları üçün səs-küy yarada bilməyib, baş verənləri müşahidə etməklə kifayətləniblər. 

Aşağıda aksiya zamanı çəkilmiş həvəskar videoçəkilişə baxa bilərsiniz.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR