İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmsədrlərdən kəlbəcərli girovların azad edilməsi üçün addım atılması tələb olunub

708 15.10.2014 15:01 Son xəbər A A
“Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə onlardan tələb edib ki, Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin tez bir zamanda azad olunması üçün bu ölkə qarşısında məsələ qaldırsınlar”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
Nazir bildirib ki, prezident həmsədrlərlə görüşündə girovların məsələsinə toxunub və onlardan bu istiqamətdə ciddi addımlar atmağı tələb edib: “Hazırda bu məsələ ilə Qırmızı Xaç Komitəsi məşğul olur. Biz onlarla əlaqə saxlayırıq və yaxın günlərdə müsbət nəticəyə ümid edirik”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR