İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMSƏDLƏR İŞĞAL BÖLGƏSİNƏ SƏFƏRLƏ BAĞLI BƏYANAT YAYDILAR

1082 15.10.2010 09:48 Gündəm A A
APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, missiya tərəflərlə əvvəlcədən razılaşdırılmış şəkildə oktyabrın 7-dən 13-dək gerçəkləşdirilib. Missiyanı ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası həyata keçirib. Missiyanın tərkibinə həmsədrlərin dəvəti əsasında üç ekspert də daxil edilib ki, onlardan ikisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləridir:
“Missiya həmsədrlərə yerlərdə çoxsaylı insanlarla görüşmək və bu ərazilərdəki ümumi vəziyyəti, o cümlədən humanitar tələbatları dəyərləndirmək üçün gözəl imkan yaradıb. Hazırda həmsədrlər ekspertlərin iştirakı ilə missiya zamanı toplanan məlumatların analizini aparırlar. Bu iş başa çatdıqdan sonra həmsədrlər ATƏT-in daxili hesabatını hazırlayacaq və sənədi tərəflərə təqdim edəcəklər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR