İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmdərd üçlük: İrəvanda Ermənistan, İran və Hindistan diplomatlarının görüşü olub 

489 20.04.2023 20:00 Siyasət A A

 

Bu gün İrəvanda Ermənistan, İran və Hindistan Xarici işlər nazirlikləri arasında üçtərəfli formatda ilk siyasi məsləhətləşmələr keçirilib.

Musavat.com erməni agentliklərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətlərinə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, İran Xarici işlər nazirliyinin Cənubi Asiya Departamentinin rəhbəri Seyid Rəsul Musəvi və Hindistan Xarici işlər nazirliyinin Baş Ərazi İdarəsinin rəisi Citender Pal Sinq rəhbərlik ediblər.

Görüşdə siyasi, iqtisadi, regional kommunikasiyalar ilə bağlı məsələlərin müzakirə edildiyi, mədəni və şəxsiyyətlərarası əlaqələrin dərinləşdirilməsi perspektivlərinin və müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın əsas istiqamətlərinin müəyyən olunduğu bildirilir. Tərəflər üçtərəfli formatda əməkdaşlığa yönəlmiş məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR