İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS qadınları və uşaqları bu zirzəmilərdə saxlayırmış - ŞOK GÖRÜNTÜLƏR

1107 14.11.2023 17:57 Dünya A A

İsrail Müdafiə Qüvvələri Qəzzada uşaq xəstəxanasının altında HƏMAS-a məxsus yeraltı obyektləri lentə alıb. Videoda silahlar göstərilib. Ehtimal olunur ki, orada girovlar da saxlanılıb.

Musavat.com The Times of İsrael-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Qəzzada HƏMAS yaraqlıları üçün silah anbarının yerləşdiyi Rantisi Uşaq Xəstəxanasının zirzəmisi olduğu iddia edilən videonu təqdim edib.

231114151247-01-rantisi-children.jpg (202 KB)

"HƏMAS xəstəxanalarda gizlənir. Bu gün biz bunu bütün dünyaya göstərəcəyik", - deyə nəşr IDF-nin sözçüsü kontr-admiral Daniel Haqaridən sitat gətirir. Kadrlarda klinikanın altındakı yeraltı keçidlər, həmçinin AK-47, partlayıcı qurğular və RPQ kimi döyüş sursatı və silah anbarı göstərilir. Rantisiyə baş çəkən Haqari oktyabrın 7-də girovları Qəzza zolağına keçirmək üçün istifadə edildiyi iddia edilən güllə izləri olan motosiklet nümayiş etdirib. Sonra o İsraildən qaçırılmış qadın və uşaqların saxlanıla biləcəyi bir neçə otaq göstərdi.

231114151226-02-rantisi-children.jpg (84 KB)

Xəstəxananın yanındakı küçədə İsrail hərbçiləri yeraltı tunelin gizli girişini də tapıblar. Haqarinin sözlərinə görə, bu, HƏMAS-ın “yüksək rütbəli terrorçularından” birinin evinin yaxınlığında yerləşir ki, o, qrupun dəniz xüsusi təyinatlı dəstəsinə rəhbərlik edir.
Daniel Haqari əlavə edib ki, noyabrın 13-də girovların həqiqətən klinikanın zirzəmilərində saxlanılıb-saxlanılmadığını öyrənmək üçün məhkəmə-tibb qrupları Rantisiyə göndərilib.

İsrail ordusu əvvəllər dəfələrlə HƏMAS yaraqlılarını Qəzzadakı xəstəxanalardan və digər mülki obyektlərdən hərbi infrastrukturlarını gizlətmək üçün istifadə etməkdə ittiham edib. İDF həmçinin bəyan edib ki, terrorçular dinc insanlara canlı qalxan kimi yanaşırlar. HƏMAS isə döyüşçülərinin xəstəxanaların altında gizləndiyini inkar edir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR