Helikopter şəhərin mərkəzinə düşdü - VİDEO
Cənubi Koreyada helikopter qəzası baş verib.
ANS PRESS-in məlumatına görə, helikopter Koreyada iki ay əvvəl batan və 300 nəfərin həlak olduğu gəmi faciəsinin olduğu bölgədən axtarış işlərindən dönərkən qəzaya uğrayıb.
Qəza anı qeydə alınan hadisədə 5 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Paytaxt Seuldan 330 kilometr məsafədəki Gvangju şəhərinin mərkəzinə düşən helikopter qəzasında avtobus gözləyən bir gənc qız da yaralanıb.
Polislər bölgədəki təhlükəsizlik kamerası tərəfindən görüntülənən qəzanın səbəblərini araşdırır.






