İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimlər koronavirusun uşaqlarda təhlükəli izini aşkar ediblər- ilginc faktlar

551 26.10.2020 17:09 Səhiyyə A A



Koronavirus uşaqlarda koqnitiv (idrak) funksiyalarını azaltmaqla yanaşı, növbəti nəsillərin artmasına da ciddi şəkildə mənfi təsir göstərəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Pediatrlar İttifaqının İcraiyyə komitəsinin sədri Leyla Namazova-Baranova bildirib.

Onun sözlərinə görə, COVİD-19 infeksiyasına məruz qalmış uşaqlar üzərində tədqiqat aparan alimlər onların 30%-də idrakı qabiliyyətin azalmasını müşahidə ediblər. Buna görə də, Rusiyanın baş pediatrı koronavirusun istənilən, istər ağır və ya yüngül formasını keçirmiş azyaşlılara xüsusilə nəzarət olunmasını tələb edib.

Qeyd edək ki, sözügedən araşdırmaya cəlb olunan uroloqlar da təşviş doğuran məlumatlar veriblər. Leyla Namazova-Baranovanın sözlərinə görə, koronavirus infeksiyasından sonra oğlan uşaqlarının spermatogenezində dəyişiklik baş verir.

Rusiya Federal istehlakçıların və insan rifahının müdafiəsinə nəzarət xidməti (Rospotrebnadzor) isə məktəblilərin koronavirusun aktiv daşıyıcısı olmadıqlarını açıqlayıb. Federal qurum uşaqların böyükləri deyil, əksinə böyüklərin onları yoluxdurduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR