Böyük Britaniya kraliçası II Yelizaveta Şotlandiyanın Balmoral qəsrində həkimlərin nəzarəti altındadır.
Musavat.com xəbər verir ki, bu barədə "Sky News" kanalı məlumat yayıb.
"Bu səhər əlavə müayinələrdən sonra kraliçanın həkimləri Əlahəzrətin səhhətindən narahat olduğunu bildirib və ona ciddi nəzarətdə qalmağı tövsiyə ediblər. Kraliça Balmoralda qalacaq", - deyə Bukinqem sarayından bildirilib.
Həkimlərin istirahət tövsiyəsindən sonra kraliça Məxfi Şuranın iclasını təxirə salıb.
Qeyd edək ki, bu həftənin çərşənbə axşamı Kraliça Balmoralda yeni baş nazir Liz Trassı təyin etməzdən əvvəl vəzifəsini tərk edən Boris Conson ilə görüşüb. O, hakimiyyəti dövründə ilk dəfə hökumət başçısını Bukinqem sarayında deyil, başqa bir məkanda qəbul edib.
Yeni baş nazir Liz Trass bütün ölkənin Bukinqem sarayından gələn xəbərdən çox narahat olduğunu bildirib:
"Mənim və Birləşmiş Krallıqda yaşayan bütün insanların düşüncələri kraliça və ailəsinın yanındadır".
Musavat.com






