İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həkim səhlənkarlığının qurbanı oldum, 6 ay danışa bimədim"

1039 08.01.2023 22:56 Şou-biznes A A

"2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs tellərimi daha bərbad günə qoydu. Boğazımda polip var idi. 6 ay danışa bilmədim. Polipləri kəsdilər, başa salmaq üçün ancaq yazırdım. Həkim səhlənkarlığının qurbanı oldum. İkinci həkimi tapmasaydım, səsim tamamilə batardı, oxuya bilməzdim". 

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "ATV səhər"ə müsahibəsində deyib.

Sənətçi həmin ərəfədə mərhum Xalq artisti Səməd Səmədovun ona dəstək olduğunu bildirib:

"Allah Səmədə rəhmət eləsin. Mənə dedi ki, darıxma. Toya gələcəkəsən, bir-iki fonoqram oxuyarsan. Canlı ifa edə bilmirdim. Məni evdə oturtmadı, çörəksiz qoymadı. Evdə depressiyaya düşərdim".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR