İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim resepti ilə verilən dərmanların şirin sulardakı konsentrasiyası təhlükəli səviyyələrə gəlib çıxıb

1051 01.03.2019 00:44 Səhiyyə A A

“Son 20 ildə həkim resepti ilə verilən dərmanların çay və göl sularının tərkibindəki payı azı 20 dəfə artıb.

Dünyanın şirin sularında dərmanların konsentrasiyası təhlükəli səviyyəyə gəlib çıxıb. Ekologiya üçün yeni təhlükə sayılan bu zərərli hal su ekosistemlərinin yaşamasında önəmli rol oynayan bakteriyaların məhv olmasına səbəb olur”.

Musavat.com xəbər verir ki, belə qaranlıq mənzərə Böyük Britaniyanın “Daily Mail” qəzetində təsvir olunub.

“Bu böhranı antibiotiki həddən çox yazan həkim reseptləri daha da dərinləşdirir. Hollandiya ekspertlərinin araşdırmasına görə, epilepsiya əleyhinə yazılan antibiotiklərin və dərman preparatlarının gətirdiyi ekoloji risklər 1995-ci ilə nisbətdə azı 10 dəfə artıb”, - deyə məqalədə deyilir.

“Dərmanlar bizdən (daxili orqanlardan-red.) keçib su yollarına daxil olduqdan sonra bakteriyalara, həşəratlara, balıq və quşlara öldürücü təsir göstərir. İndiki insanlar əvvəlkindən daha çox dərman qəbul edirlər və dünyanın qocalan əhalisi nəzərə alındıqda bu tendensiyanın yaxın gələcəkdə dəyişməyəcəyi görünür”,- deyə yazıda davam etdirilib.

Bunun üçün ekspertlər kompüter təhlillərindən də yararlanıblar.

ilaç ile ilgili görsel sonucu

Araşdırma zamanı antibiotiklərdən biri sayılan və həkimlər tərəfindən infeksiyanın müalicəsi üçün yazılan siprofloksatsinin, habelə epilepsiyanın sağalmasında istifadə olunan karbamazepin dərmanlarının suya təsiri tədqiq olunub. Xüsusilə siprofloksatsinin zərərli xüsusiyyətləri daha çox üzə çıxıb.

“Bu antibiotikin konsentrasiyası sudakı qidalanma mənbələrinin yaranmasında əhəmiyyətli rol oynayan bakteriyalar üçün olduqca ziyanlıdır”,- deyə Hollandiyanın Neymeqen şəhərində yerləşən Radbund universitetindən doktor Rik Oldenkamp qəzetə bildirib.

Yazıda antibiotiklərin suya zərəri məsələsinin Ümumdünya səhiyyə təşkilatının və BMT Baş Assambleyasının da bir neçə ildən bu yana diqqət mərkəzində olduğu vurğulanıb.

london ile ilgili görsel sonucu

Bundan başqa, qəzet Londonun simvollarından sayılan Temza çayında daha bir təhlükəli maddənin-kokainin mövcudluğuna diqqət çəkib.
“Londonlular kokaindən o qədər çox istifadə edirlər ki, A sinfindən hesab olunan bu maddə çay ilanlarını hiperaktiv vəziyyətə gətirib. Çaydakı kokaini hətta Britaniya parlamentinin binasının qarşısındakı müşahidə stansiyasından görmək olar”, - deyə yazıda qeyd olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR