İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heç vaxt fəxri ad almayacağam” – Nadirdən həmkarlarına atmaca

1146 22.10.2019 19:33 Şou-biznes A A

Müğənni Nadir Qafarzadə ötən gün Tünzalə Ağayeva, Röya Ayxan və Miri Yusifin “Xalq artisti” fəxri adı almasına verdiyi reaksiya ilə diqqət çəkib. 

Musavat.com xəbər verir ki, ifaçı sosial şəbəkədə video paylaşıb və səbəbsiz yerə hər şeyin yaxşı olduğunu bildirib: “Hər şey yaxşıdır. Neyləmək olar? Həyatdır, əslində, belə də olmalıdır. Görünür, tale, qismət belə imiş. Bəs, bilmirdiniz? Həmişə belə olur. Canınız sağ olsun, əsas odur. Heç narahat olmayın”. 

O, daha sonra sözügedən videonu silib. 

İzləyicilərdən birinin “Fəxri ad almağınızı səbirsizliklə gözləyirik”  şərhinə isə ifaçı “Gözləmə, bu, heç vaxt olmayacaq. Haqsızlıqlar...” cavabını verib. 

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR