BMT ABŞ-a miqrasiya siyasətini necə qurması barədə diktə etmək hüququna malik deyil.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT-nin insan haqları üzrə ali komissarının ABŞ qanunları barədə çıxışına münasibət bildirərkən deyib.
“Ali komissarın idarəsi ABŞ-a qarşı cahilcə sözlü hücumlar etdiyi bir vaxtda ABŞ öz fəaliyyətləri ilə dünyada liderlik edir, o cümlədən münaqişə bölgələrinə digər bütün ölkələrdən daha çox yardım göndərir. Biz səxavətli ölkə olaraq qalacağıq. Öz qanunları olan öz sərhədlərini və xalqını necə qoruyacağına özü qərar verən suveren bir ölkə olacağıq. Nə BMT nə də bir başqası ABŞ-a sərhədlərini necə qorumaq barədə diktə edə bilməz”, - Heyli bildirib.






