Müğənni Sevda Sanəliyeva Tarix Əliyevin (Tolik) "Günə bir şou" proqramında qonaq olub.
Musavat.com xəbər verir ki, müğənni uşaqlarına görə ayrıldığı həyat yoldaşlarından aliment almadığını deyib:
"Məhkəmə aliment kəsib, amma heç bir həyat yoldaşımdan bunu almıram. Uşaqlarımın xoşbəxt olması, üzünün gülməsi mənə bəsdir. Övladlarım ataları ilə istədikləri vaxt telefonla danışırlar".
Qeyd edək ki, S.Sanəliyeva iki dəfə ailə qurub və ayrılıb. Onun hər evlilikdən bir övladı var.
Könül
Musavat.com






