İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxanaya telefon ötürmək istəyərkən tutuldu

779 24.01.2015 17:50 Dünya A A

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mətbuat Xidmətindən musavat.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 263.1.3 maddəsinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orxan İlqar oğlu Kazımovun yanına qısamüddətli görüşə gəlmiş qohumu, Marqarita Ramizovna Rəhimovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
 
Baxış zamanı ayağında gizlətdiyi 1 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” və 1 ədəd “Sim” danışıq kartı və 2 ədəd elektrik qidalandırıcısının ucluğu aşkar edilərək götürülüb.
 
Fakt üzrə araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR