İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxanada acından ölən, qorxunc cinayətlər törədən məşhur italyan mafiya liderləri haqqında MARAQLI FAKTLAR

4457 16.01.2021 19:19 Maraqlı A A

Mafiya qeyri-qanuni işlərlə məşğul olan, güc tətbiqi ilə bəzi gizli gəlirlər əldə edən təşkilatdır. Dünyada məlum olan heç bir dildə belə bir söz yoxdur. Bu söz qısaltma nəticəsində yaranıb. Sözün əsli "Mafia"dır. Biz mafiya deyə oxuyuruq.

Mafiya İtalyanca bir şüarın baş hərflərindən yaranıb: Morte Alle Francia, İtalia Anela!

Buradakı sözlərin baş hərfi götürüldükdə "Mafia" sözü yaranır.

Şüarın mənası isə belədir: "Fransa ölsün, İtaliya rahatlasın!"

Musavat.com italyan mafiya liderləri haqqında maraqlı məlumatları təqdim edir.

The Mystery of Al Capone's Missing Fortune | Vanity Fair
Al Kapone

Əslən italyan və bir zamanlar Amerikanın ən böyük mafiya liderlərindən biri olan Al Kapone gənc yaşlarından fərqli işlərlə məşğul olub. Üzündəki yara səbəbi ilə "Scarface" ləqəblini alan Al Kapone 1920-ci illərdəki böyük spirtli içki qadağası dövründə inanılmaz bir yüksəliş edib. Çikaqoda spirtli içkilərin qaçaqmalçılıq yolu ilə daşınmasından ağlasığmaz pullar qazanan Al Kapon öz adamını bölgənin bələdiyyə sədri etdikdən sonra, daha çox pul qazanmağa müvəffəq olub. Yüksəlməsi ilə birlikdə düşmənləri də artan Al Kapone 1929-cu ildə vergidən yayındığına görə həbs olunub. O, məşhur Alkatraz həbsxanasında məhkum edilib. 1941-ci ildə sifilisin ağır formasına yoluxaraq həbsdən çıxdıqdan sonra yenidən mafiya işlərinə qayıtmayıb. 1947-ci il yanvarın 25-də Floridada həyatı başa vurub.

Boardwalk Empire Season 5: The Real Lucky Luciano | Den of Geek
Çarles Lusiano

"Time" jurnalının XX əsrin ən çox sözükeçən 20 adamından biri kimi göstərdiyi Çarles "Şanslı" Lusiano, 1897-ci ildə Siciliyada doğulub.

10 yaşında ailəsi ilə birlikdə Siciliyadan Amerikaya köç edən Lusiano, Birinci Dünya müharibəsinin sonlarına doğru mafiya dünyasına girib və o da Al Kapone kimi məşhur içki qadağası dövründə yüksəlib. II Dünya müharibəsindən əvvəl həbsdə olan Lusiano Siciliyadakı əlaqələrindən istifadə edərək, Amerika kəşfiyyatı üçün çalışıb. Müharibədən sonra Lusiano Kubaya qaçıb və burada heroin qaçaqçılığı ilə böyük bir sərvət qazanıb. 1962-ci ildə Siciliyada ağciyər xərçəngi xəstəliyindən ölüb.

Steam Community :: Vito Cascio Ferro

Vito Kaskio Ferro

1862-ci ildə Palermoda anadan olan Ferro 1901-ci ildə mafiya dünyasında sürətlə böyüyüb və xərac verərək Nyu Yorka köç edib. 1909-cu ildə bir polisi öldürdükdən sonra həbsxanaya düşən Ferro həbsxanadan qaçaraq Siciliyaya gedib. "Ataların atası" ləqəbli Ferro 1929-cu ildə yenidən tutulub və 50 il həbs cəzasına məhkum edilib. Həbsxanada son dərəcə lüks bir həyat yaşayan Ferronun ölümü isə olduqca faciəli olub. Amerikalı əsgərlər İtaliyaya girəndə bütün məhkumlar sərbəst buraxılıb, ancaq Ferro həbsxanada tək qalıb. Ferro burada aclıqdan və susuzluqdan ölüb.

Salvatore Riina - Wikipedia
Salvatore Rina

"Canavar" ləqəbi ilə tanınan Salvatore Rina 1930-cu ildə Vito Korleonedə anadan olub. Əvvəlcə tətikçi (qatil) olan Rina özünü təsdiqlədikdən sonra sürətlə yüksəlib. 1974-cü ildə müdiri Lukino Legio həbs olunduqda, onun dövrü başlayıb və Siciliya mafiyasının başçısı olub. Bir-birinin ardınca ölüm əmri ilə qan tökən Rina, yaxalananda ömürlük həbs cəzasına məhkum edilib.

İtalyan mafya babası Bernardo Provenzano hayatını kaybetti

Bernardo Provenzano

Rinadan sonra “Ataların atası” adını alan Provenzano, 20 yaşında Korleone (mafiya ailəsinin banisi) ailəsinə qoşulub, ancaq ailəyə xəyanət edib. Rina tutulduqdan sonra mafiyanı ələ keçirən Provenzano, Rina və Legio kimi qorxunc bir mafiya lideri olduğunu sübut etmək üçün çoxsaylı bombalı hücumlar təşkil edib. O, 2006-cı ildə həbs olunub.

luciano leggio - WordNews.it - News Magazine

Lusiano Legio

Ən məşhur mafiya liderlərindən olan, 1945-ci ildə mafiya dünyasına atılan Legio ziyalı və çox mədəniyyətli bir insan olub. Legio Sicilya mafiyasının italyan üzvü Maykl Navarranın adamları tərəfindən öldürülməyə çalışılsa da sağ qalmağı bacarıb. Hətta Navarranı öldürərək Siciliya mafiyasının başçısı olub. Getdikcə daha iddialı və amansız olan Legio bu səbəbdən bir çox mafiya ailəsindən sərt reaksiya ilə üz-üzə qalıb. Leggio Navarranın qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib və daha sonra ürək tutmasından ölüb.

Michele Navarra | Mobster, Mafia, Chef jackets
Maykl Navarra

Doktorluq dərəcəsi alan bir fizik olan Navarra mafiya ilə əlaqəsi olan bir qadınla evləndikdən sonra bu həyata qoşulub. 1940-cı illərdə Siciliya mafiyasının lideri olan Navarra, uzun müddət birlikdə işlədiyi Leggio tərəfindən avtomobilində güllənərək öldürülüb.

La mafia dei perdenti: Badalamenti| Impastato e i tanti misteri aperti -  Live Sicilia
Qaetano Badalamenti

Badalamenti pizza mağazalarından istifadə edərək 1.65 milyard dollar dəyərində narkotik alveri ilə mafiya dünyasına atılıb. Mafiya savaşları başlamazdan əvvəl komissiyadan çıxarılan və bu səbəbdən Braziliyaya qaçan Badalamenti, törətdiyi bir cinayətə görə İtaliya Məhkəməsində mühakimə olunaraq həbs edilib. Badalamenti 2004-cü ildə ürək çatışmazlığından ölüb.

İtalyan Mafyaları Filmlere Özgü Değil! İnanılmaz Suçlara Bulaşan En Azılı  Mafya Babaları - onedio.com
Salvatore Qresio

Bir mafiya ailəsində anadan olan Qresionun atası qan davasında öldürülüb və Qresio ailənin başçısı olub. Mafiya dünyasında sürətlə yüksələn Qreko, Siciliya mafiya komissiyasında da yer alıb. Qresio Birinci mafiya savaşları zamanı ölüm əmrlərini verən şəxs olub. Ciaculi qətliamından sonra Venesuelaya qaçıb və Kakarasda ölüb. Qeyd edək ki, Ciaculi qətliamında yeddi polis məmuru və hərbçi öldürülüb.

Angelo La Barebera

Qardaşı Salvatore ilə Siciliya mafiyasına rəhbərlik edən Angelo, Palermo danışıqlarına və Siciliya mafiya komissiyasına qatılıb. Birinci mafiya savaşından sonra mühakimə olunub və müxtəlif həbsxanalara sürgün edilib. 1975-ci ildə üç mafiya üzvü tərəfindən öldürülüb.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR