İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxana mühafizəçilərini daşıyan avtobusu hədəf alan terrroçu belə yaxalandı - ANBAAN VİDEO

1101 22.10.2022 21:30 Hadisə A A

Aprelin 20-də Bursada baş verən və bir həbsxana məmurunun şəhid olduğu hücumun səbəbkarlarından biri olan MLKP terror təşkilatı üzvü Cebrail Gündoğdu İzmirdə yaxalanıb.

Musavat.com xəbər verir ki, Cebrail Gündoğdu ilə yanaşı daha 3 nəfər də saxlanılıb.

Bursa terrorunda istifadə edilən bombanın Balıkəsirdəki kamera evindəki hazırlanmasında və çatdırılmasında iştirak edən Cebrail Gündoğdu kod adlı Emre-Zafir adlı təşkilat üzvünün tutulması üçün bütün birliklər hərəkətə keçmişdi. Əməliyyatdan sonra fəaliyyət sahəsi daralan Cebrail Gündoğdu həyata keçirilən əməliyyat bu gün səhər saatlarında İzmirin Menemen vilayətində İzmir Polis İdarəsi tərəfindən yaxalanıb.

Qeyd edək ki, aprelin 20-də Bursa E Tipi Qapalı və Açıq Cəzaçəkmə Müəssisəsinə gedən həbsxana nəzarətçilərini daşıyan avtobus keçərkən baş verən terror aktında həbsxana gözətçisi Cengiz Yiğit (36) şəhid olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR