İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏBS OLUNAN ŞAİRLƏR ANTİDÖVLƏT TƏBLİĞATINDA SUÇLANIR

2475 11.08.2012 09:53 Gündəm A A
Şairlərin vəziyyəti haqqında danışan Hacı Mail onlara işgəncə verilmədiyini söyləyib: “Şəhriyarla Fərid məhkəmədə dedilər ki, onlara məhbus kimi yox, şair kimi baxıblar. Onlara heç bir işgəncə verilməyib. Özlərini pis hiss etmirlər. Ancaq yenə də təsəvvür edin, 3 aydır həbsdə yatan, qollarında qandal olan, Vətənindən, yaxınlarından uzaq düşən adam necə olar?”
Növbəti məhkəmənin bu ayın 14-də keçiriləcəyini söyləyən Hacı Mail ümidli danışıb: “Bizə çox yaxşı münasibət göstərdilər. Bundan başqa, məhkəmənin gedişi məni ümidləndirib. Ola bilsin ki, uşaqlara 3 ay iş versinlər. Ümid edir və gözləyirik”.
Xatırladaq ki, Azərbaycan yazarları Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də həbs olunublar. Bu müddət ərzində rəsmi Bakı dəfələrlə onların taleyi ilə bağlı İran tərəfinə müraciət etsə də, qarşı tərəf heç bir açıqlama verməyib. Yalnız bu yaxınlarda Azərbaycan XİN-in 4-cü notasına natamam cavab verilib və orada Azərbaycan yazarlarının “cinayətə təşəbbüsdə” ittiham olunduğu qeyd olunurdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR