İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həbs edilən şəxs mənim müavinim deyil" - Qamət Süleymanov

3210 23.10.2015 15:21 Son xəbər A A


"Saxlanılan Adil Rəcəbov mənim müavin deyil, mənimlə onun heç bir əlqasi yoxdur. Bu barədə mətbuatda yayılmış xəbərlərdə yanlışlıq var". 

Bunu musavat.com-a "Əbu-Bəkir" məscidinin imamı Hacı Qamət Süleymanov deyib. Q.Süleymanov deyib ki, onun heç vaxt müavini olmayıb: "Kim nə gəldi yazır. Dəqiqləşdirmədən adımı hallandırırlar. Sadəcə olaraq həbs edilən namaz qılan qardaşlardı."

Xatırladaq ki, oktyabrın 23-də Bakıda polis radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanlardan Adil Rəcəbov Qamət Süleymanovun müavini kimi təqdim olunub. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a bildirilib ki, yazxın dəqiqələrdə əməliyyatla bağlı nazirlik rəsmi açıqlama yayacaq.


Əli Rəis, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR