İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbs edilən sabiq bələdiyyə sədri azadlığa buraxıldı

867 08.01.2020 16:20 Kriminal A A

Rüşvət almaqda suçlananaraq həbs edilən bələdiyyə sədri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1959-cu il təvəllüdlü Tərlanov Dəstəbəy Budul oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Tərlanov şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Dəstəbəy Tərlanov Qubada bələdiyyə sədri olub. O, bələdiyyəyə məxsus torpaq sahələrini rüşvət qarşılığında ayrı-ayrı şəxslərə satmaqda ittiham edilərək həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR