İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbs edilən hakim: "Fəaliyyətim kimlərinsə xoşuna gəlmirdi"

1939 19.11.2020 21:33 Kriminal A A

Azərbaycanda vəzifədə olduğu halda, cinayət məsuliyyətinə cəlb olunan ilk hakimin məhkəmə çəkişmələri davam edir.

Musavat.com xəbər verir ki, Zaqatala rayon Məhkəməsinin hakimi olmuş 1961-ci il təvəllüdlü Arif İsmayılov bəraət almaq istəyir.

İttihama görə hakim atalığın müəyyən olunması tələbilə mülki işə baxan zaman iddiaçı qadının xeyrinə qərar çıxarmaq üçün onun atasından 500 manat rüşvət alıb.

Məlumata görə, bu işdə vəkilin və hakimin köməkçisinin vasitəçiliyi olub.

Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci maddəsilə ilə ittiham elan edilib.

Məhkəmənin hökmü ilə ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib.

Qeyd edək ki, bu maddədə 4 ildən 8 ilə qədər həbs nəzərdə tutulub, amma A.İsmayılova münasibət Cinayət Məcəlləsinin 62-ci (aşağı həddən daha yüngül cəza verilməsi) maddəsi tətbiq edilib.

Elan olunmuş ittihamla A.İsmayılov özünü təqsirli bilmir. Deyir ki, hakim kimi fəaliyyəti kimlərinsə xoşuna gəlməyib, səs yazıları montaj olunub, saxtalaşdırılıb və ona qarşı ittiham irəli sürülüb.

A.İsmayılov hökmdən apelyasiya və kassasiya şikayətləri verib. Lakin şikayətləri təmin edilməyib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR