İnsanlara hürriyət, millətlərə istiqlal!

Hazırda Bosniya və Herseqovinada 6 min miqrant var

797 13.06.2020 12:28 Qalmaqal A A

Hazırda Bosniya və Herseqovinada 6 min miqrant var və onlardan yalnız 130-u ölkəsinə qayıtmağa razıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın xaricilərlə iş üzrə xidmətinin direktoru Slobodan Uiçin məlumat verib. Onun sözlərinə görə, yeni gələnlər olmasa da, ötən ilin bu ayında ölkəyə hər gün azı 150 miqrant daxil olub.

Xidmət rəhbəri hazırda müxtəlif düşərgələrdə 5500 miqrantın olduğunu və onlarla heç kimin maraqlanmadığını söyləyib. Bildirib ki, az bir hissə Drina çayını qanunsuz keçmək üçün sahilə toplaşıb və Xorvatiyaya adlamaq arzusundadılar. Artıq sərhəd polisi tərəfindən 170 belə cəhdin qarşısı alınıb.

Bosniya və Herseqovina sərhəd xidmətinin məlumatına görə, gələnlərin əksəriyyəti Pakistan, Əfqanıstan, Banqladeş, Əlcəzair və Mərakeşdən olan miqrantlardır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR