İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava şəraitinə görə İranın Xozestan əyalətində təhsil müəssisələri və dövlət idarələri işi dayandırıb

654 10.04.2022 20:10 Region A A

Güclü külək, çirkli və tozlu hava şəraitinə görə, İranın Xozestan əyalətində tətil elan edilib.

APA-nın Tehran bürosunu məlumatına görə, bu gün çirkli və tozlu hava həddən artıq çox olduğu üçün İranın cənubunda yerləşən Xuzestan əyalətində bütün təhsil müəssisələri və dövlət idarələrində tətil elan olunub. Proqnozlara görə, yaxın saatlarda Xuzestan əyalətinin əksər şəhərlərində toz hissəciklərinin konsentrasiyası artacaq.

Qeyd edək ki, İranın paytaxtı Tehranda da ötən 3 gün ərzində toz hissəciklərinin konsentrasiyası həddən artıq çox idi və bu gün nisbətən azalıb.

Ötən günlər ərzində İranın bir çox şəhərlərində çirkli və tozlu hava şəraiti hökm sürüb. Bəzi ekspertlər bu çirkli və tozlu havanın mənbəyinin İraq ölkəsi olduğunu bildirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR