İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava proqnozu Ermənistanı belə qorxuya saldı - FOTO

4743 07.07.2023 09:53 Son xəbər A A

"Bakı televiziyasının efirində gedən hava proqnozunda Ermənistan Respublikası, o cümlədən paytaxt İrəvan Azərbaycan kimi təqdim olunur".

Musavat.com bildirir ki, bu barədə Ermənistan Xarici İşlər nazirliyinin mətbuat katibi Ani Badalyan özünün Twitter səhifəsində paylaşım edib.


Göründüyü kimi, Ermənistan artıq Azərbaycan efirində gedən bir hava proqnozundan vəlvələyə düşüb. 30 il qaçqın həyatı yaşayanların, evindən didərgin düşənlərin ağrı-acısını anlamaqda çətinlik çəkən bu insani duyğulardan xəbərsiz toplum indi bunu düşmənçilik olaraq sırımağa çalışır. Biz 30 il sonra da olsa, vətənimizə qayıtdıq. Sizin isə dönəcək bir vətəniniz belə yoxdur, yalnız itirəcəkləriniz var.

Xatırladaq ki, Ermənistanın Ekologiya Nazirliyi illərdir ki, Azərbaycan ərazisi olan Qarabağdakı hava durumu barədə gündəlik məlumatlar dərc edir. Bu məlumatlarda yeganə dəyişiklik odur ki, son vaxtlar "artsax" sözünü "Dağlıq Qarabağ"la əvəz ediblər.

İrəvan isə Azərbaycanın klassik torpağı, vətənimizin bir parçasıdır. Biz hələlik İrəvanımızın hava durumu barədə məlumatlar yayırıq. Gün gələcək, bu gözəl Vətən torpağı düşmənlərdın təmizlənəcək və biz İrəvandan reportajlar yayacağıq.

 

Musavat.com

a9feaeea-d243-490e-a0c1-6ef2619fce80.jpg (74 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR