İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava gəmilərində istifadə edilən cihazları ölkədən qaçırmaq istəyənlər hakim qarşısında

640 30.07.2018 16:02 Son xəbər A A

Hava gəmilərində istifadə edilən külli miqdarda cihazı ölkə çıxarmağa çalışarkən saxlanılan şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya vətəndaşı Axundov İdris Nəsib oğlunuj cinayət işi üzrğ məhkəmə iclası keçirilib.

Hakim Ramella Allahverdiyevanın səfrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, onlardan Südabə Mehdiyeva və Fərman Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar hazırda ev dustaqlığındadır.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısının alınması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən "Samur" gömrük postunda aşkar edilib. Fakt əsasında Komitənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb. İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan vətəndaşları - Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, İ.Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ə. Qarayev, F.Əhmədov və S.Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ə.Qarayev gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilərək qonşu ölkəyə göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, F.Əhmədova göndərib. O, isə həmin malları Bakının Qaradağ rayonundakı "Sədərək" bazarında S.Mehdiyevaya təhvil verib. Həhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR