İnsanlara hürriyət, millətlərə istiqlal!

Hasilatın 10 milyon barel azalması bazarı qane etmədi – qiymət düşməyə başladı

1698 09.04.2020 23:23 İqtisadiyyat A A

OPEK+ çərçivəsində aparılan danışıqlar hələ davam edir. Əldə olunmuş ilkin razılaşmaya dair xəbərlər isə dərhalneft bazarında ucuzlaşmaya səbəb olub. Belə ki, Brent neftinin iyun müqavilələri üzrə qiyməti 3 faizdən çox ucuzlaşaraq 31,67 dollar təşkil edib. WTI nefti isə 5 faizdən çox dəyərsizləşərək 23,24 dollara düşüb. 

Neft bazarının belə reaksiyası İranın neft nazirinin Reuters-ə verdiyi açıqlamasından irəli gəlib. İranın naziri Bijan Zanqane bildirmişdi ki, danışıq tərəfləri gündəlik hasilatı yalnız may-iyun aylarında 10 milyon barel azaltmaq niyyətindədirlər. İyuldan etibarən hasilatın azaldılan həcmi 8 milyon barelə, 2021-ci ilin yanvarından isə 6 milyon barelə qədər endiriləcək.
Lakin son məlumatlara görə, hazırda danışıqlarda iki variantın müzakirə olunduğu deyilir. Bunlar gündəlik hasilatın 15 milyon və 20 milyon azaldılması variantlarıdır. İkinci variant bazar üçün daha uyğun hesab edilir. Çünki Goldman Sachs-ın hesablamalarına görə, hazırda dünya bazarında təklif tələbdən məhz 20 milyon barel çoxdur. Bu həcmin bazardan çıxarılması qiymətlərin qısa müddətdə hamını qane edəcək səviyyəyə çatmasına gətirib çıxarar.

Artıq bir neçə saatdır davam edən danışıqlarla bağlı açıqlanan məlumatlardan dəqiq olan budur ki, Səudiyyə Ərəbistanı və Rusiya azaldılan hasilatın əsas hissəsini öz üzərlərinə götürməyə razılaşıblar. Hər iki istehsalçı gündəlik hasilatı 8,5 milyon barelə qədər azaltmaq niyyətindədirlər. Beləliklə, Ər-Riyad gündəlik hasilatı 4 milyon barel, Rusiya isə 2 milyon barel azaltmış olacaqlar. Görüşün digər iştirakçılarının kvotası hələ məlum deyil. Lakin onlardan adı açıqlanmayan 3-nün təklif olunan həcmlə razılaşmadıqları bildirilir. Məlum olan bir də budur ki, Liviya, İran və Venesuela kvotaya daxil edilməyəcəklər.

 

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR