İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hardasız xalq artistləri, niyə o müğənnilərə söz demirsiz?"- Xatirə İslam

1280 06.08.2020 16:16 Son xəbər A A

"Sənət dostlarıma demək istəyirəm ki, mehriban olmalı, hər şeyə səbrlə yanaşmalıyıq. Bu sözləri mən deməli deyildim. Yaşda məndən böyük olan sənət adamlarından üzr istəyirəm. Bu günə kimi gözlədim. Heç biri çıxıb bir kəlmə demədi. Çıxıb biz gənclərə məsləhət vermədilər. Xalq artistləri, əməkdar artistlər, digər fəxri adlar alan bütün sənət adamları, yaşlı-başlı, sözükeçən sənətkarlar çıxıb danışmalı idi".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam İnstaqramda canlı yayımda deyib. Sənətçi bildirib ki, xalq artistləri gənc ifaçılara məsləhətlər verib, paylaşımlarına nəzarət etməlidirlər: "Başa düşürəm hamı üçün çətindir, mənim üçün də. Biz çıxıb emosional, yalan-doğru danışırıq. Amma sənətkarlarımızı görmürəm. Sizin sənətiniz ölkə başçısı tərəfindən dəyərləndirilib. Bizim böyüklərimiz, ağsaqqalarımızsınız. Siz nə vaxt bizə yol göstərəcəksiniz: filankəs səbr et, danışmaq olmaz, bunu paylaşdın, sil... Bunları siz bizə deməlisiniz.

Fəxri adlara layiq görülmək yalnız səhnə fəliyyətindən ibarət deyil. Fəxri ad alanlar dövlətə xidmət etməlidir. Xalqın artistisiniz, xalqın yanında olun. Gənc ifaçılar düz olmayan paylaşım edir, narazıçılıq bildirilir. Haqlı, haqsız videolar yerləşdirirlər. Haqlı olanları qədər, yerli-yersiz söz deyənlər də az deyil. Mən özüm də hansısa yanlış paylaşım etmişəmsə, səbirsizlik edib tez danışmışamsa, korifeyimizin sözünü eşidərəm. Deyərəm, üzr istəyirəm, bir də belə demərəm”.

Xatirə ona yazılan "Sənin var, yeyirsən, başqasının yoxudur" sözlərinə belə cavab verib:
"Mənim üçün də ağırdır, çətindir, xoş deyil evdə oturmaq. Müğənnilər, musiqiçilər toy istəyəndə ağzınıza gələni yazırsız. Biz musiqiçi olduğumuz üçün toy istəyirik. Maşındüzəldən olsaydıq, avtomobil istəyərdik. Adi insanlar var ki, müğənnidən yüz dəfə yaxşı yaşayır.

Bəzən anlayıram ki, biz sənət adamları hər şeyimizi açıb danışaraq səhv etmişik. Bunu etmək səmimilik yox, ağılsızlıqmış. Xalq artistlərini dövləti söyən, ağzına gələni deyənlərə cavab verməyə səsləyirəm. Niyə çıxıb müdafiə etmirsiz? Özünüzü pis etmək istəmirsiz? Əslində, ağıllı adamsınız, çəkilmisiz qırağa. Ad, ev, ordenlər alan siz, söz-söhbətə düşən bizik. Deyirəm ki, sadə müğənnilərə düz danışanda dəstək olun. Səhv danışırlarsa, imkan verməyin. Bir professor deyir ki, müğənnilər özünə başqa iş tapsın. Niyə? Siz başqa sahədə çalışana bu sözü deyə bilərsiz? Toy musiqiçinin şənlənmək yeri yox, işidir".

Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR