Azərbaycanda müxalifət düşərgəsinin fəaliyyəti, onların uzun illərdir seçkiləri iqtidara gələ bilməməsi müzakirə olunur. Bu durumun səbəbi kimi göstərilən məqamlarda biri də müxalifət düşərgəsində hakimiyyətə gəlməyə layiq olacaq bir liderin olmaması göstərilir.
Lakin son zamanlar müxalifətin fəallaşması, həbsdən çıxan müxalif simaların yenidən siyasətə gəlməsi bir qədər canlanma yaradıb.
Bəs görəsən, xalq necə düşünür? Hansı müxalifət lideri iqtidara gəlməyə layiqdir? Vətəndaşlar hansı müxalifət liderinin ölkəni idarə etməyə qadir olduğu qənaətindədirlər?
Musavat.com olaraq, bu suallarla paytaxt sakinləri arasında sorğu keçirdik.
Respondentlərin verdiyi fərqli cavabları təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Nərgiz LİFTİYEVA
Musavat.com






