İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı daha azad, daha xoşbəxtdir: Qərb, yoxsa Şərq qadını? Sədaqət Paşayeva ilə Əhəd Məmmədlinin debatı

190 10.10.2020 15:47 Ölkə A A


Gender bərabərliyi məsələsi, qadın hüquqlarının təmin olunması, məişətdə, sosial həyatda qadınların hüquqlarının pozulması hər zaman Azərbaycan cəmiyyətinin ağrılı problemlərindən olub.

Bu istiqamətdə həm dövlət, həm vətəndaş cəmiyyəti, həm də mətbuat tərəfindən xeyli iş görülsə də, hələ də problem tam olaraq həllini tapmayıb. Bu istiqamətdə ən vacib məsələlərdən biri də davamlı maarifləndirmə işlərinin aparılması, gender problemlərinin ictimai müzakirəyə çıxarılaraq gündəmdə saxlanmasıdır.

Məhz  bu səbəbdən Müsavat TV-nin informasiya dəstəyi ilə Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə “Haqqımız var - Gender bərabərliyinin təmin olunması üçün tədbirlər proqramı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində bu sahənin ekspertləri ilə verilişlər hazırlanaraq izləyicilərə təqdim olunur.

Layihə çərçivəsində qonaqlarımız politoloq  Əhəd Məmmədli və hüquq müdafiəçisi. gender eksperti Sədaqət Paşayeva oldu. Şərq və Qərb ölkələrində qadın hüquqlarının qorunması, fərqlər və səbəblərindən bəhs edən verilişi daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.



Nərgiz LİFTİYEVA,
Məğrur SALMANOV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR