HAMI “XALQA XİDMƏT” EDİRSƏ?
Nə yazıq ki, idarəçilikdən tutmuş, adi həyatımızda, ədəbiyyatda, sənətdə olan yaramazlıqların qarşısında durmuruq, əksinə, bu yaramazlıqların böyüyüb diri qalması üçün əlimizdən gələni də edirik. Nədənsə biz yuxarı qalxmaq, daha uca görünmək üçün ilk növbədə ayağımızın altına nəsə qoymaq istəyəndə amansızcasına xalqı, onun ağıllı, istedadlı nümayəndələrini alırıq. Yəni kim yuxarı qalxmaq istəyirsə xalqı, onun dəyərlərini, arzularını, istəklərini və gələcəyini ayağının altında pilləkən edir. Bu “pilləkən etmə” əməliyyatı siyasətdə artıq elə daşlaşıb ki, “xalqa xidmət” üçün onu ayağının altına almaq istəyənlər o qədər çoxalıb ki, bundan xilas olmaq hardasa mümkünsüz görünür bəzən... Amma dərd ondadır ki, bu “əməliyyat” indi başqa sahələrdə də aktivləşib və “xalqa xidmət” etmək istəyənlər ya əlinə mikrofon, ya da qələm alır. Bir sözlə, hamı, əli başına çatan xalqa “xidmət” etmək, “ömrünün qalan hissəsini xalqa qurban vermək” üçün iş başına keçir.
Xalqa bu qədər xidmət edən varsa, bəs ölkə, millət, insanlar niyə bu gündədir görəsən?!
İqtidarda populyarlıq qazanmaq istəyirsənsə, müxalifəti söyməlisən. Daha yuxarı qalxıb deputat, icra başçısı olmaq istəyirsənsə onda müxalifət liderlərindən birinə böhtan deyib əməllicə səsini başına atmalısan. Bunu bacardınsa, demək ki, ya deputatsan, ya da böyük bir vəzifə sahibi. Hörmət, qarşında əyilmələr də öz yerində. Amma kimsənin, hətta sadə insanların da ağlının ucundan keçmir ki, bu adam qabiliyyətinin “çörəyini yemir”, hansısa müxalifət liderinə atdığı böhtanın çörəyini yeyib ailəsini də bununla saxlayır. Bu pulla xanımlıq edənlər, özünü quldar, yanı-başındakıları da qul hesab edənlər belə bunu düşünüb bir anlıq da olsa nədəsə tərəddüd etmir. Çünki kimsə onları bununla ittiham etmir, kimsənin gözünün bəbəyində belə qınaq gözə dəymir.
Amma müxalifətdə qala-qala, radikal deyil, “yaxşı” müxalifət olmaq istəyirsənsə, iqtidarın qılıncının altından keçməlisən...
Ədəbiyyatda populyarlıq qazanıb böyüklük iddıasına düşüb özünü dahi elan etmək istəyirsənsə sözləri çılpaqlaşdırıb ilk beyninə gələn düşüncələri ən eybəcər formada yazıb tələsik sosial şəbəkələrdə yaymalısan. Amma bütün bunları etmədən öncə yazdıqlarının söz, yaradıcılıq azadlığı olduğunu yazıb insanları şantaj etməlisən ki, əgər biri mənim yazdığımı anlamırsa, demək ki, cahildir, geridə qalıb, məhəlli düşünür.Yəni müasir dünyada reklam işinin qurulması işində istifadə olunan metodu ədəbiyyata tətbiq edirsən, əvvəl bazara çıxaracağın mala tələbat yaradıb sonra onu istehsal etməyə başlayırsan.
Ölkənin təməl problemlərində danışmağa cəsarəti çatmayanların, bunu da “mən siyasətə qarışmıram” adlandırıb səsini başına atıb böyük azadlığın tərifini “verənlərin” əməlinə tamaşa edib başını bulamaqdan başqa da bir şey gəlmir əlindən. Bir sözlə, özlərini gəncliyin, azad düşüncənin sahibinə çevirib sözü, ədəbiyyatı, hətta mövzuları monopoliyaya alıb demokratiyadan danışanların azadlıq anlayışındakı qüsur gözə girir.
Amma dərd bununla da bitmir. Tv-ləri açırsan, əlinə mikrofon alıb toyda pulunu qazanan birinin odlu-odlu “vətən, millət, Sakarya” deyib ağlaşma qurmasını görəndə lap ölmək istəyirsən. Amma nə günahın sahibisən ki, ölə bilmirsən.
Hamı “vətən, millət, Sakarya” deyib gözünə dəsmal basır, amma ortada olan bu ölkə, durumu bəlli olan Azərbaycan...
Niyə? Çünki xırda hislərlə yaşayırıq, çünki daxilimiz azad deyil, hikkə, paxıllıq kimi qüsurlardan... Istedadımız, ağlımız, qabiliyyətimizlə deyil, hikkəmizlə “xalqa xudmət” etmək istəyirik.
Hər kəs bombanı gözəl qutulaşdırıb bəzəkli halda, hədiyyə kimi bu xalqa sırımaq istəyir. Xalq da o bombanı alır. Düşünürsən ki, bəlkə xalq onu aldatmaq istəyənin özünə qaytaracaq. Yox, pis olan o ki, xalq o bombanı elə hədiyyə kimi də qəbul edir. Daha doğrusu, onu aldatmaq istəyənlərə özünü aldanmış kimi göstərir. Aldanmasa da...