HAMI AYAĞA QALXSIN...
İnsanları bu hala salanlar var. Onlar o şəkillərdə görünmürlər. Heç vaxt görünmürlər. Olsa-olsa, həmin şəkillərdə onların iradəsini əlacsız bir mütiliklə, çox vaxt can-başla, bəzənsə “axı biz kimik ki” deyərək yerinə yetirən, özlərinin buyruq qulu olmasına işarə edən polislər, digər balaca adamlar görünür.
Tam təbiidir: heç kəs evinin uçurulmasını istəmir. Quş quşdur, dəcəl uşaqlar yuvasını uçurdanda günlərlə qonşu budaqda oturub məhzun-məhzun ona baxır. İnsan isə bir komanı yuva bilib içinə girirsə, sonradan onu tərk etmək ona çox ağır gəlir. Belə komanın bəzən bir saray qədər dəyəri olur. Üz-gözləri bir-birinə öyrəşmiş qonşular, tanış dalanlar, xoşbəxt günlərin xatirələri... hər şey köhnə yuvanı insan üçün qiymətli edir.
Ancaq bir gün buldozerlər gəlir. Onların yanınca robot sifətli, robot düşüncəli adamlar yaxınlaşır və əvvəlcə “sökməliyik”, daha sonra “sökəcəyik” deyirlər. Lap axırda zora əl atılır. İnsanlar yuvalarının xoşluqla sökülməsinə imkan vermək, məhzun quşlar kimi kənardan baxmaq istəmirlər.
Evyıxanlar isə növbəti çörək imtahanındadırlar, onlar tapşırığı icra etməsələr, tuşudulan yerdəki evləri sökməsələr, işlərini, çörəklərini itirəcəklər. Beləcə, yuva qoruyanlarla çörəyini qoruyanların qovğa-mərəkəsi, itələşmə-söyüşməsi başlayır.
Bu, bir az şahmat oyununa bənzəyir. Bu oyunda həmişə qaralar başlayır və iki gedişə qalib gəlirlər. Çünki onlar əməliyyat aparacaqları nahiyəyə çox qüvvə yığmağı, mütəşəkkil olmağı bacarırlar.
3-4 ay əvvəl alimlərin binası o cür söküldü. Ziyalıların gözünün yaşına baxan olmadı. Binəqədidə, Sulutəpədə, Xocahəsəndə, Bayılda, Alatavada neçə-neçə binəsibin evi gözünün qabağında uçuruldu. Qadınların fəryadı göyə qalxdı, uşaqlar yağı-bağır oldu, naəlac kişilər ağrı-acılarını içlərinə verdilər. Qaralar qalib gəldi. Ortada zülm görüntüləyən şəkillər qaldı.
Keçən il keçmiş foto-müxbirimiz “Qanlıgöl” ətrafında məskunlaşan köçkünlərin evlərinin, daxma-komalarının uçurulmasını əks etdirən çoxlu şəkillər çəkib gətirmişdi. Adamın tükü biz-biz olurdu. Evyıxanlara etiraz bildirənlər yalnız evləri uçurulanlar idi, qalanları qıraqdan baxırdı, tamaşaya durmuşdular. Çünki söküntü prosesi onların evinə dəyməyəcəkdi. Onları növbəsi sonra çatacaqdı.
Alimlər də o cür təkləndi. Onların harayı heç kəsə çatmadı. Yalnız jurnalistlər alimlərə qahmar çıxdılar, amma əllərindən bir iş gəlmədi.
Hazırda Füzuli küçəsinin sakinləri də o gündədirlər. Heç kəs onlara kömək etmir. Qaralar texnikanı sazlayıb son hücuma keçəcəklər və “Qış bulvarı”na yer düzəltmək üçün oraları düzləyəcəklər.
7-8 il öncə indiki yeni avtovağzalın, o vaxtkı motodromun həndəvərindəki evləri də sökmək istəyirdilər. Deyilənə görə, o məkanı Səudiyyə Ərəbistanından olan iş adamlarına satmışdılar. Ancaq Meşəli adlanan massivdə məskunlaşan köçkünlər və bu biri rayonlardan olan didərginlər çox sərt etiraz bildirdilər, Bakı-Rostov yolunu kəsdilər, polisə dirəşdilər, möhkəm döyüldülər. Deputatlar və jurnalistlər də kömək elədi və Meşəli evləri sökülmədi.
Bu, insanların köməkləşməsi hesabına baş verdi. Köçkünlər nəyi də olmasa, artıq köməkləşməyi, qanlarını qaşığa qoymağı öyrəniblər. Bunu onlara həyat öyrədib.
Qonşunun haqqı pozulursa, ona kömək etmək, qahmar çıxmaq gərəkdir. Çünki növbədə sənsən. Tamahkar məmurlar, acgöz oliqarxlar həmişə insanları fərd-fərd, qrup-qrup təkləyirlər. Hamı dar gündə birləşsə, mürtəce qüvvələrin heç kəsə gücü çatmaz.
Bu gedişlə yavaş-yavaş çoxlarının mal-mülkünə əl qoyacaq, məngirləyəcəklər. Mülkünün gerçək qiymətini tələb edənlərə daha az pul verəcəklər - görk üçün, başqalarını qorxutmaq üçün.
Çıxış yolu budur ki, hamı ayağa qalxsın, vətənə xeyir qalsın.