İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimlərə verilən aylıq pul təminatında artım-parlament layihəni təsdiqlədi

836 09.07.2019 13:04 Son xəbər A A

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Komitə sədri Əli Hüseynli layihə barədə deputatları məlumatlandırdı. Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı veriləcək. Təklif edilən dəyişikliyə əsasən, bütün hakimlərə verilən aylıq pul təminatı bərabərləşdirilir, yəni apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə verilən pul təminatı 5 faiz, birinci instansiya məhkəmələrinin hakimlərinə verilən pul təminatı isə 10 faiz artırılacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda təsdiq edildi.

 E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR