“HAKİMİYYƏTLƏ MÜXALİFƏT ARASINDA XÜSUSİ SƏNƏD İMZALANA BİLƏR”
Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc İctimai Palatanın toplantısında səslənən bu fikrin ictimai deyil, firqə maraqlarına xidmət etdiyini düşünür: “Bu, uzun müddətli seçki məğlubiyyətlərinə söykənən, bir az da zəifliyə əsaslanan mövqedir. Bu fikir heç bir halda hüquqi müddəalara dayanmır, birbaşa siyasi xarakter daşıyır. Bəllidir ki, Azərbaycan Konstitusiyası hər bir şəxsə namizəd olmaq haqqı tanıyır. Ölkədəki durum onu deməyə əsas verir ki, Azərbaycanın yüz minlərlə vətəndaşı İlham Əliyevin qarşıdakı dönəmdə də bir daha prezident olması üçün onu dəstəkləyəcək, seçkilərdə onun qələbəsi üçün çalışacaq”.
Zahid Oruc bununla bağlı İctimai Palata təmsilçilərinə fəaliyyətlərini ölkə xaricinə deyil, ölkə içərisinə yönəltməyi məsləhət görür: “Bir məsələ inkarolunmazdır ki, 2013-cü il mübarizəsinə xaricə indekslənmiş fəaliyyət təkcə AXCP və Müsavatdan qaynaqlanmayacaq. Ayrı-ayrı beynəlxalq dairələrin də istəyi budur ki, daxildə təzyiq alətlərini işə salmaqla Azərbaycandan yeni kəşf olunmuş qaz yataqları ilə bağlı öz xeyirlərinə şərtlər qopara bilsinlər, bununla da bölgədəki geopolitik proseslərdə aktiv tərəf olsunlar, Azərbaycan üzərində zəif bənd oyunu davam eləsin. Bu işdə onlara politologiyada məşhur ifadə ilə desək, təsir agentləri gərəkdir ki, bu şəxslər də təbii müxalifət düşərgəsində axtarılır. Təsir agentləri heç bir halda kəşfiyyat agenti deyil, mən də bu ifadə ilə heç kimi damğalamaq istəmirəm. İP təmsilçiləri qarşıdakı dövrün seçki mübarizəsini bir neçə beynəlxalq qurumun bəyanatlarını almağa yönəlik fəaliyyətə istiqamətləndirməkdənsə, xarici qurumların ölkəiçi siyasətdə aktivləşməsinə tərəf, vəsilə olmaqdansa, 2013-cü il siyasi səhnəsini fərqli parametrlər, fərqli sistematik qaydalar üzərində qurmalıdırlar. İP bütün partiyalara bərabər mübarizə şərtləri, mediaya bərabər çıxış imkanları yaradılması üçün, eləcə də bütün bölgələrdə vətəndaşlarla görüş üçün əlverişli şəraiti əldə etmək üçün çağırışlarda bulunmalıdırlar. Əgər hakimiyyətlə müxalifət arasında xüsusi bir sənəd, kodeks imzalanması gərəkdirsə, bu sənəd də imzalana bilər. Seçkidən sonra isə müxalifətin qalibiyyəti tanımasını, bununla da Azərbaycanın siyasi həyatında hakimiyyətin legitimliyi probleminin aradan qalxmasını arzulayıram”.